close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ömər Faiq Nemanzadə-150” adlı elektron metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub

19-12-2022

2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2022-ci il tarixli “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ömər Faiq Nemanzadə-150” adlı elektron metodik vəsait hazırlanıb. Təqdim olunan metodik vəsaitdə Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalının həyat və fəaliyyəti haqqında məlumat verilmiş, onun irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif  kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr əks olunmuşdur. Sonda isə Ömər Faiqə aid edilən imzalar və təxəllüslər, qəzet ve jurnallardakı yazıları öz əksini tapmışdır.

Elektron metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/O.F.Nemanzade.pdf   linkindən istifadə edə bilərlər.