close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Müzəffər Ali Baş Komandan - İlham Əliyev” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

24-12-2025

24 dekabr 2025-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü münasibətilə “Müzəffər Ali Baş Komandan - İlham Əliyev” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Zəfər diplomatiyasının müəllifi, 200 illik münaqişəyə son qoyan qalib xalqın, qalib Lideri,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, Prezident İlham Əliyevin regionda sülh və normallaşma strategiyası, Vaşinqton sammiti, yüksək diplomatik məharəti, cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər, 44 günlük qəhrəmanlıq savaşımız və s. haqqında dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, nümayiş olunur.

Virtual sərgidə resurslar tammətni ilə təqdim olunur. Sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/Ilham_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyatı, həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasəti, müstəqil Azərbaycanda aparılan davamlı inkişaf strategiyası, böyük qətiyyəti, qurub-yaratmaq bacarığı, Vətən müharibəsi və şanlı Qələbə, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktika və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

icon

Foto qalereya