close
icon E-kataloq və kitabxana

Qafqaz Müsəlmanları İdarəsi Zaqatala rayon Əliabad İslam Kollecinin tələbələri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar

02-05-2019

02 may 2019-cu il tarixində Qafqaz Müsəlmanları İdarəsi Zaqatala rayon Əliabad İslam Kollecinin tələbələri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Qonaqlar Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.

Tələbələrə Azərbaycan Milli Kitabxanasının saytı və yaşadıqları ərazidən birbaşa Milli Kitabxananın  fondunda olan ədəbiyyatlardan onlayn olaraq istifadə qaydaları haqqında məlumat verilmişdir.

Qonaqlar kitabxananın sərgi zalında yer almış  “İmadəddin Nəsimi-650”,  “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka”, “Yaddan çıxmaz Qarabağ” və “İsi Məlikzadə-85” sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan qədim, unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Tələbələri maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Tələbələr  Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Həmçinin onlara “Açıq Kitabxana” nın fondundan internet vasitəsilə istifadə qaydaları haqqında, sosial şəbəkələrdə“Açıq Kitabxana”nı izləmək imkanları haqqında məlumat verilmişdir.

Tələbələrə rəhbərlik edən təşkilatçı Qarayev Anar müəllim tələbələrin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış və  öz təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli cəkdirmişlər.