close
icon E-kataloq və kitabxana

Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimat mərasimi və “İmza günü”

27-10-2018

Oktyabr ayının 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimat mərasimi və “İmza günü” keçirilimişdir.

Tədbir gənc müğənni Nərgiz Ramizqızının ifasında “Cənab leytenant” mahnısı ilə başlamışdır.

Sonra Nizami rayon 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov, Xəzər universitetinin tələbələri, “Zəkalar” liseyinin şagirdləri Qardaşxan Əzizxanlının yaradıcılığından seirlər səsləndirmişlər.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Qardaşxan Əzizxanlının qələm yoldaşlarına, ədəbiyyatşünas alimlərə söz vermişdir.

Tədbirdə millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı, Rüstəm Kamal, Lətif Şüküroğlu, Şahin Musaoğlu, Əjdər Ol, Xanəmir və başqaları çıxış etmişdir.

Millət vəkili, professor Musa Qasımlı çıxışında Qardaşxan Əzizxanlının yaradıcılığından danışmış və yaratdığı şəraitə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Tədbirdə  “Qardaşxan Əzizxanlı – 60” adlı sərgi təşkil edilmişdir.

Sərgidə Milli Kitabxananın fondunda olan şairin müəllifliyi, redaktorluğu, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənmişdir.