close
icon E-kataloq və kitabxana

Qətər Milli Kitabxanasının İcraçı direktoru xanım Sohair Vastavi Milli Kitabxanada

26-09-2018

26 sentyabr 2018-ci il tarixində Qətər Milli Kitabxanasının İcraçı direktoru xanım Dok.Sohair Vastavi Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Xidmət işləri üzrə direktor müavini Ədibə xanım İsmayılova da iştirak etmişdir. Kərim Tahirov bu yaxınlarda Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi ilə bağlı Qətərə səfər etdiyini vurğulayaraq kitabxananın yeni və modern üslubda dizayn edilmiş binasının dünyanın ən modern kitabxana binalarından biri olduğunu  qeyd etmişdir. O həmçinin bildirmişdir ki, Qətərə səfəri çərçivəsində iki ölkənin milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması kitabxanalarımız arasında əlaqələrin inkişaf etdirilməsinə, kitab mübadiləsinə təkan verəcək.

Xanım Sohair Vastavi Memorandumunun icrası ilə bağlı onu maraqlandıran sualları direktora ünvanlamışdır. Xüsusilə, qədim kitabların və əlyazmaların rəqəmsallaşdırılması, mühafizə edilməsi və qorunması ilə bağlı suallarını ünvanlayan xanım Sohair Vastavi Azərbaycan Milli Kitaxbanasının bu sahə üzrə iki əməkdaşının memorandum çərçivəsində Qətər Milli Kitabxanasına ezam olunmasını və Qətər Milli Kitabxansının bu sahədəki təcrübəsi ilə bağlı köməklik göstərə biləcəyini vurğuladı. Prof. Kərim Tahirov bunun çox yaxşı fikir olduğnu bildirmiş, bu barədə ətraflı düşünəcəyini və lazımi şəxslərin noyabr ayında Qətər Milli Kitabxanasına ezam olunacağını qeyd etmişdir. Həmçinin Qətər Milli Kitabxanasının əməkdaşlarının təcrübə mübadiləsi  çərçivəsində Milli Kitabxanaya gəlmələrini və buradakı təcrübələri onlarla bölüşmək arzusunda olduğunu vurğulamışdır.

Xanım Sohair Vastavi Qətər Milli Kitabxanası adından gətirdiyi kitabları professor Kərim Tahirova hədiyyə etmişdir. Direktor Kərim Tahirov da öz növbəsində qədim Bakı haqqında kitabı (Old Baku) qonağa hədiyyə etmişdir. Görüşün sonunda qonaqla birgə xatirə şəkli çəkilmişdir.

Daha sonra qonaq Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsini və fond saxlanclarını ziyarət etmiş, kitabxanada oxuculara xidmət proseslərinin avtomatlaşdırılması və elektronlaşdırılması işləri ilə də maralanmışdırşdir.