25-10-2025
Bu gün Qubadlı Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il oktyabrın 25-i “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur.
Bu tarixi gün münasibətilə Milli Kitabxanada “25 oktyabr - Qubadlı Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Qubadlı şəhərinə dair rəsmi sənədlər, fotoşəkillər, aparılan bərpa və quruculuq işlərinə aid materiallar, Qubadlıya Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən, Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/25_oktyabr_Qubadli/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Qubadlı şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri, Vətən müharibəsi və şanlı Qələbə, tarix yazan qəhrəmanlar, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.