close
icon E-kataloq və kitabxana

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının əməkdaşları Milli Kitabxanada olublar

05-12-2022

Dekabrın 5-də Azərbaycan və Rusiya kitabxana forumu çərçivəsində M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının əməkdaşları Milli Kitabxanada olublar.

Qonaqlar kitabxana binası ilə tanış olmuş, Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkili çəkdiriblər.

Sonda qonaqlar Milli Kitabxananın direktoru professor Kərim Tahirova M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının 100 illik yubiley medalını təqdim ediblər.

Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom” kitabını və milli suvenir hədiyyə edib.

 

 

 

 

icon

Foto qalereya