close
icon E-kataloq və kitabxana

Sərgi: “Tofiq Köçərli-90”

11-02-2019

Fevral ayının 10-da Milli Kitabxanada AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərlinin anadan olmasının 90 illik yubileyi münasibətilə “Tofiq Köçərli-90” adlı kitab sərgisi açılıb.
Sərgidə müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş,onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi olan akademikin Azərbaycan və rus dilində olan kitabları, ön söz yazdığı, redaktoru olduğu, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.