10-04-2026
Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu sərəncam Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verilən yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Bu təşəbbüs həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır.
İl ilə əlaqədar olaraq Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlərin planlaşdırılması, ideyaların sistemləşdirilməsi və yeni formatların təqdim olunması məqsədi daşıyır. Məqsəd yalnız memarlıq və şəhərsalma mövzularını təqdim etmək deyil, həm də bu sahələrin tarixi, mədəni və sosial əhəmiyyətini istifadəçilərə, xüsusilə gənclərə çatdırmaqdır.
Vəsaitdə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və bir sıra rəsmi sənədlər, bu tarixi hadisə ilə bağlı giriş məqaləsi və kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr verilib.
Metodik vəsait ilə https://anl.az/down/nesrler2026/sehersalma.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.