close
icon E-kataloq və kitabxana

Milli Kitabxana 27 sentyabr Anım gününün qeyd edilməsi ilə bağlı “Şəhidlərimizi ehtiramla yad edirik!” adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim etdi

10-09-2021

Metodik vəsait İkinci Qarabağ müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunur.

Vəsaitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" və "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" sərəncamları, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərmanı və xalqa müraciəti əks olunmuşdur. Həmçinin metodik vəsaitdə “Tarixin ən şərəfli səhifəsi – İkinci Qarabağ müharibəsi” və 27 sentyabr tarixində “Anım günü” ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələr verilmişdir.

Əlavələr bölməsində İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin əziz xatirəsinin rəmzi olan Xarıbülbül simvolu, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi üçün təsis edilmiş orden və medallar haqqında geniş məlumatlar öz əksini tapmışdır.

İkinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar və məqalələr də metodik vəsaitdə yer almışdır.

Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/anim_gunu.pdf linkindən istifadə edə bilərlər.