close
icon E-kataloq və kitabxana

Şuşa rayon məktəbləri sırasında 4 saylı tam orta məktəb Milli Kitabxananın qonağı olmuşdur

28-01-2015

Yanvar ayının 28-də Milli Kitabxananın növbəti qonağı Şuşa rayon məktəbləri sırasında 4 saylı tam orta məktəb olmuşdur. Kitabxana ilə tanış olan şagirdlərin diqqətini sərgi zalında təşkil olunmuş “Yaddan çıxmaz Qarabağ” guşəsi xüsusilə cəlb etmişdir. Kitabxananın muzeyindəki eksponatlar və Not nəşrləri və səsyazmaları şöbəsində işin gedişi uşaqların marağına səbəb olmuşdur. Şagirdlərin sualları ətraflı cavablandırılmışdır.