close
icon E-kataloq və kitabxana

Milli Kitabxana IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tədbirlər keçirir

14-11-2023

14 noyabr tarixində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, 2022-ci ilin Şuşa ili olduğunu, 2023-cü ilin isə Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini vurğulayıb. Natiq bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları  tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının hazırlandığını bildirib.

Təqdimat zamanı elektron məlumat bazasının “Rəsmi sənədlər”, “Prezident İlham Əliyev: “Əziz Şuşa sən azadsan!””, “Qarabağın tacı Şuşanın əsas tarixi hadisələrinin xronologiyası”, “Tarixi abidələr”, “İnzibati quruluşu”, “Görkəmli şəxsiyyətləri”, “Görkəmli şəxsiyyətlər Qarabağın mirvarisi - Şuşa haqqında”, “Şuşada erməni vandalizmi”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarət olduğu bildirilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilər.

 

icon

Foto qalereya