close
icon E-kataloq və kitabxana

Tacikistan Milli Kitabxanasının mütəxəssisləri Azərbaycan Milli Kitabxanasında olublar

12-12-2023

      12 dekabr tarixindən etibarən Tacikistan Milli Kitabxanasının mütəxəssisləri Azərbaycan Milli Kitabxanasında olublar. Tacikistan Milli Kitabxanasının İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Zafar Saidov və Avtomatlaşdırma şöbəsinin müdiri Xoji Akbari Azərbaycan Milli Kitabxanasının iş təcrübəsi ilə yaxından tanış olublar. Mütəxəssislərə elektron axtarış sistemləri, elektron kataloqun tərtibi və elektron kitabxananın təşkili, istifadəçilərin  qeydiyyatı,  kitab verilişi, kitab fondunun komplektləşdirilməsi və digər  kitabxana proseslərinin avtomatlaşdırılması  haqqında müvafiq şöbələr tərəfindən ətraflı məlumat verilmiş, iş prinsipləri izah olunmuşdur.      Mütəxəssislər Milli Kitabxananın struktur bölmələrinin işini dərindən mənimsəmək məqsədilə 22 dekabr  tarixinədək təcrübədə olacaqlar.

icon

Foto qalereya