close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi günü” adlı virtual sərgini təqdim etdi

05-05-2020

BMT Baş Assamblyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.
Əlil insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası bu gün olduqca vacib və aktual problem hesab edilir. Ona görə də beynəlxalq birliklər bu istiqamətdə fəaliyyətlərini genişləndirmək üçün bir araya gəlməkdə, bəşəri problemin həlli yollarını birgə axtarmaqdadırlar.
Əlillərin sağlam həyata qaytarılması həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi bu mövzuya həsr olunmuşdur. Sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin güсləndirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, onların cəmiyyətə inteqrasiyası,əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar nümayiş olunur. Sərgi ilə tanış olmaq üçün verilən linkdən istifadə edə bilərsiniz:
http://anl.az/el/vsb/Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html