close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi

10-05-2020

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti, Azərbaycan xalqının ümummilli lideri, Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əlirza oğlu Əliyevə həsr edilmişdir.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı Elektron məlumat bazası Rəsmi sənədlər, Heydər Əliyev-əbədiyaşar şəxsiyyət, Əsərləri, Haqqında nəşrlər, Mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi, Heydər Əliyev dünya kitabxanalarında, Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında görkəmli ictimai-siyasi dövlət xadiminin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, mədəniyyətlə bağlı fərman və sərəncamları, Milli Kitabxanada keçirilən tədbirlərdə iştirakına dair materiallar, təltifləri və digər sənədlər təqdim edilir. Elektron məlumat bazasında Azərbaycanın elm və ictimai-siyasi xadimləri ilə bərabər, dünyanın tanınmış dövlət xadimlərinin də Ulu öndər haqqında fikirləri, mülahizələri öz əksini tapmışdır. Bazada təqdim olunan “Heydər Əliyev dünya kitabxanalarında” bölməsində Dünya Milli Kitabxanalarında və aparıcı universitet kitabxanalarında Ulu öndərin mühafizə olunan əsərləri və onun haqqında materiallar toplanmışdır.
Elektron Məlumat bazasında təqdim olunan resurslar tam mətni ilə verilmişdir. Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.   
http://anl.az/el/emb/H.Aliyev/index.html