close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Böyük Qələbə-75” adlı Elektron məlumat bazasını virtual rejimdə istifadəçilərə təqdim etdi

08-05-2020

İkinci Dünya müharibəsində Qələbənin 75-ci  ildönümü ilə əlaqədar “Böyük Qələbə-75” adlı  Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim edildi. Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Elektron  məlumat bazası Rəsmi sənədlər, Müharibə haqqında sitatlar, İkinci dünya müharibəsi, Xatirələr, məktublar, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirələrinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasında yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/QELEBE-75/index.html