close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azər Rzayev. Altı simfonik lövhələr” not məcmuəsini nəşr etdirib

15-07-2020

Bu gün görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, professor, “Şöhrət” ordenli Azər Rzayevin anadan olmasının 90 illik yubileyidir. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not məcmuəsini nəşr etdirib.
Vəsaitdə görkəmli bəstəkarın fortepiano üçün musiqi əsərləri - Rəqs, Vals, Məzəli oyun, “Bolero”ya bənzər, Düşüncə, Qaytağı əsərləri daxil edilmişdir. Bu məcmuə bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndəriləcəkdir.
“Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not vəsaiti ilə http://anl.az/down/NotAz-8169.pdf  linki vasitəsilə tanış olmaq olar.