close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası təqdim edib

01-12-2023

1 dekabr tarixində Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası hazırlanıb.

Virtual sərgidə Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, türkdilli ölkələrin gənc yazıçıları haqqında qısa biblioqrafik məlumat və tammətnli nəşrlər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turkdilli_olkelerin_genc_yazarlar%C4%B1/index.htm linkindən istifadə edə bilər.

Təqdim olunan Elektron məlumat bazası “Rəsmi sənəd”, “Gənc yazarlar”, “Nəşrlər” bölməsindən ibarətdir. “Rəsmi sənəd” bölməsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gənc yazarlar” bölməsində yazarlar haqqında qısa biblioqrafik məlumat və onların əsərlərinin bir hissəsi təqdim olunur. “Nəşrlər” bölməsi “Kitablar” və “Məqalələr” adlı 2 yarımbölmələrdən ibarətdir. Bazada təqdim olunan gənc yazarların əsərləri tam mətnləri ilə verilib.

Elektron məlumat bazasına keçid üçün link: http://anl.az/el/emb/Genc_Yazarlar/index.html