close
icon E-kataloq və kitabxana

Türkiyə Milli Kitabxanasında türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı keçirilmişdir.

16-11-2016

Noyabr ayının 16-da Türkiyə Milli Kitabxanasında türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı keçirilmişdir. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Nabi Avcı çıxış edərək konfransın işinə uğurlar arzulamışlar. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Nabi Avcı TÜRKSOY-un medalı ilə təltif olunmuşdur.

Konfrans öz işinə başlamışdır. Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq tədbir iştirakçılarını salamlamışdır. Daha sonra Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təşkilatın gələcək inkişafından danışmışdır.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova Azərbaycan Milli Kitabxanasında həyata keçirilmiş innovativ yenilikləri, onlayn xidmətləri slayd vasitəsilə nümayiş etdirmiş, innovasiyaların tətbiqi təcrübəsindən danışmışdır.

Konfransda Başqırdıstan Milli Kitabxanasından Venera Tulebaeva, Qaqauz Milli Kitabxanasından Yevgenia Liulenova, Qazaxıstan Milli Kitabxanasından Canat Seidumanov, Qazaxıstan Milli Akademik Kitabxanasından Alfiyya İlyassova və Aliya Kozabekova, Qırğızıstan Milli Kitabxanasından Jıldız Bakaşova və Gulmira Mamurkulova, Şimali Kipr Dövlət Kitabxanasından Ceyhan Özyıldız və Tuğba Arkan, Moldova Milli Kitabxanasından Elina Bolqarina, Özbəkistan Ziya Uz Kitabxanasından Davronbek Rustamoviç Tadjialiyev, Tatarıstan Milli Kitabxanasından Syuyumbika Ziqanşina kitabxanalarında olan son yenilikləri slayd vasitəsilə nümayiş etdirmiş, kitabxanalarda gedən avtomatlaşdırılmış proseslər barədə məlumat vermişlər.

Tədbirdə təşkilatın adının təsdiqi, rəsmi dilin qəbulu, icra komitəsinin sayının təsdiqi, ortaq nəşrin hazırlanması və s. digər təşkilati məsələlər müzakirə olunmuşdur.