close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş “Xalqın Mehribanı” adlı virtual sərgi hazırlanıb

26-08-2025

Bu gün  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai-siyasi fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindəndir.

Milli Kitabxanada ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günü ilə əlaqədar       “Xalqın Mehribanı” https://anl.az/el/vsb/Mehriban_Eliyeva/index.htm adlı virtual sərgi onlayn rejimdə təqdim olunub.

icon

Foto qalereya