close
icon E-kataloq və kitabxana

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri Azərbaycan Milli Kitabxanasında

23-10-2018

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis bölməsinin VII və VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Yaddan çıxmaz Qarabağ” və “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin “Leyli və Məcnun” baletindən bir parca dinləmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.

Uşaqlara rəhbərlik edən müəllimə Əliyeva Yuliya xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamışdır.