close
icon E-kataloq və kitabxana

Zəngilan rayon 11 saylı tam orta məktəbin şagirdləri Milli Kitabxanada ekskursiyada olublar

18-04-2024

Aprelin 18-də Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 11 saylı tam orta məktəbin V, VI, VII və VIII sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olublar.

Şagirdlər əvvəlcə  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyatın, sənədlərin, fotoşəkillərin və Ulu Öndərin şəxsi kitabxanasından bağışladığı kitabların nümayiş olunduğu “Heydər Əliyev guşəsi”ni ziyarət ediblər. Daha sonra şagirdlərə  Milli Kitabxananın zəngin tarixi, binası, fondu, kitabxanadan istifadə qaydaları haqqında məlumat verilib.

 Kitabxananın Sərgi zalı, Tələbə gənclər zalı, Nadir kitablar və kitabxana muzeyi ilə tanışlıq zamanı şagirdlərə  burada mühafizə olunan ədəbiyyat,  qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.  Məktəblilər Not nəşrləri və səsyazmaları şöbəsində Şövkət Ələkbərovanın ifasında Füzuli Kantatasını dinləyiblər.

Sonda xatirə şəkilləri çəkilib. Məktəblilər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılaraq,  gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.

icon

Foto qalereya