close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın daimi oxucusu Elnur Kazımov Azərbaycan Milli Kitabxanasına nadir və dəyərli nəşr hədiyyə etdi

13-04-2026

11 aprel 2026-cı il tarixində Milli Kitabxananın daimi oxucusu olan Elnur Kazımov Azərbaycan Milli Kitabxanasına nadir və dəyərli nəşr hədiyyə etdi.

Milli Kitabxanada qorunan minlərlə dəyərli kitablardan biri də Hacı Həsən Gəncəvi Mollazadənin müəllifi olduğu 1905-1913-cü illərdə Gəncə və Tiflisdə nəşr olunan “Zübdətüt – təvarix” kitabıdır. 4 cilddən 6 hissədən ibarət əsərin 4 hissəsi Milli Kitabxanada qorunur. Elnur Kazımov şəxsi kolleksiyasından əsərin IV cildinin I hissəsini Milli Kitabxanaya bağışlayaraq Milli Kitabxananın fondunun zənginləşməsinə töhfə verdi.

Hacı Həsən Gəncəvi Mollazadə “Zübdətüt – təvarix “ IV cildinin I hissəsi 1912-ci il(1330-cu il hicri təqvimi) Gəncədə Əbilov və Haqverdiyev mətbəəsində çap edilmişdir. Kitab Əmir Teymurun ibtidai – zühurundan dövləti – Qacariyyənin zühuruna kimi dövri əhatə edir.

 

icon

Foto qalereya