close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

15-06-2026

15 iyun 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərini əks etdirmək “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Müstəqil dövlətin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin siyasi irsi, xalqımızın qurtuluş və xilaskarlıq missiyası, Milli Qurtuluş məfkurəsi, eləcə də ölkənin tərəqqi və inkişaf yolundan bəhs edən dövri mətbuat materialları, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, həmçinin fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər       https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html        linkindən istifadə edə bilərlər.

 

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tariximizə həkk olunub. 1993-cü ilin iyununda ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış ölkədə sabitliyin bərpasına, ictimai-siyasi vəziyyətin normallaşmasına və dövlət müstəqilliyinin qorunmasına zəmin yaradıb.

Bu gün Azərbaycan xalqı 15 İyun tarixini müasir Azərbaycan dövlətinin inkişaf yolunun əsasını təşkil edən tarixi hadisə kimi, milli həmrəyliyin, dövlətçiliyin möhkəmləndirilməsinin və gələcəyə inamın rəmzi kimi qeyd edir.

 

 

icon

Foto qalereya