close
icon E-kataloq və kitabxana

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya nəşr edilib

25-01-2023

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid ədəbiyyat tarixində öncül yerlərdən birini tutur. Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin ötən il 140 illiyi tamam olub. Bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından biblioqrafiya hazırlayıb.

1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/H.Cavid.bib.pdf  linkindən istifadə edə bilərlər.