close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-11-2021

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Bu münasibətilə, Azərbaycan Milli Kitabxanaslının əməkdaşları tərəfindən “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Tolerantl%C4%B1q_Gunu/index.htm linkindən istifadə edə bilərlər.