close
icon E-kataloq və kitabxana

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçısı, Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews”un təsisçisi və direktoru Karlo Marino Milli Kitabxanada olub

25-04-2024

 

Aprelin 25-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçısı, Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews” portalının təsisçisi və direktoru Karlo Marino  Milli Kitabxananı ziyarət edib. İtaliyalı  jurnalist həm də  İkinci Qarabağ müharibəsi haqqında kitabın müəllifidir.

Jurnalistə  Milli Kitabxananın yaranması, fəaliyyəti, xidmət sahələri, mütaliə zalları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Qonaq kitabxananın Beynəlxalq əməkdaşlıq zalında təmsil olunan ölkələrin ədəbiyyat guşələri ilə tanış olub. Nadir kitablar və kitabxana muzeyi şöbəsində  olarkən burada  mühafizə olunan  qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar jurnalistin xüsusi  diqqətini cəlb edib. Daha sonra qonaq kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsində qorunan  səsyazmaları, not əsərləri  və zəngin  musiqi  ədəbiyyatı haqqında ətraflı məlumatlandırılıb.

Qonaq  Milli Kitabxana ilə tanışlıqdan xoş təəssüratla ayrıldığını qeyd edib və xatirə şəkli çəkilib.