close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əliqismət Lalayev - 65” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

04-07-2021

İyul ayının 4-də Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli pedaqoq Əliqismət Lalayevin 65 illik yubileyi tamam olur. O, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. 2016-cı ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” adına və döş nişanına layiq görülmüşdür. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilmişdir.

Görkəmli teatr xadimi Əliqismət Lalayevin 65 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əliqismət Lalayev – 65” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Əliqismət Lalayevin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr, fotolar, mükafatlar  nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eliqismet_Lalayev_65/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının kollektivi görkəmli incəsənət xadimi Əliqismət Lalayevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır.