close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əzizə Cəfərzadə – 100” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

29-12-2021

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin 100 illik yubileyi tamam olur. Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutur. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca diqqətəlayiq nümunələrdir. Onun tədqiqatları isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr kimi dəyərləndirilir.

Əzizə Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun “Bizim diyar”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım” və s. əsərləri Azərbaycan dilinə tərcümə edib. Yazıçının öz əsərləri də rus, fars, ərəb, qazax və s. dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr olunub.

Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən “Əzizə Cəfərzadə – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli yazıçının müəllifi olduğu əsərlər, mükafatları, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ezize_Ceferzade/index.htm linkindən istifadə edə bilərlər.