close
icon E-kataloq və kitabxana

“Fortis Academy” hazırlıq kurslarının abituriyentləri Milli Kitabxanada ekskursiyada olublar

02-03-2024

   Martın 2-də “Fortis Academy” hazırlıq kurslarının abituriyentləri Milli Kitabxanada ekskursiyada olublar. Bir ənənə olaraq onlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər. Gənclərə  kitabxananın yaranma və inkişaf  tarixi , binası, zəngin fondu, elektron kataloq vasitəsilə axtarış, ədəbiyyatın sifarişi və  kitabxanadan digər istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

   Sonra onlar kitabxananın sərgi zalında nümayiş olunan “Xocalı faciəsi” haqqında  kitablarla tanış olublar. Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.Gənclər  Milli Kitabxananın “Tələbə  gənclər zalı”, “ Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili”, “Uşaq otağı və uşaq istirahət guşəsi” bölmələrinin, ”Not nəşrləri və səsyazmaları“ şöbələrinin işi ilə yaxından tanış olublar.

   Sonda xatirə şəkili çəkilib. Abituriyentlər Milli Kitabxanadan unudulmaz xoş hislərlə ayrıldıqlarını xüsusi vurğulayaraq gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.

icon

Foto qalereya