close
icon E-kataloq və kitabxana

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri dr. Seyid İbrahim İbrahimi və Urmiya İncəsənət İdarəsinin sədri Azərbaycan Milli Kitabxanasında olmuşlar.

11-08-2015

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri dr. Seyid İbrahim İbrahimi və Urmiya İncəsənət İdarəsinin sədri Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonaqları Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir. O, qonşu dövlətlərin qardaşlıq əlaqələrindən danışmış, hər iki dövlətin oxşar mədəniyyətə, adət-ənənəyə sahib olmasından söz açmışdır. Mədəniyyət Mərkəzinin sədri dr. Seyid İbrahim İbrahimi Azərbaycanla İranın iki qardaş dövlət olmasını bildirmiş, Azərbaycan Milli Kitabxanası ilə əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləmişdir. O, mütəmadi olaraq Azərbaycan şair və yazıçılarının əsərlərinin fars dilinə tərcümə olunduğunu qeyd etmişdir. Kərim Tahirov fürsətdən istifadə edərək İran İslam Respublikasının Milli Kitabxanasının və Təbriz Milli Kitabxanasının direktorlarını sentyabr ayında Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Kitab sərgi yarmarkasına dəvət etmişdir.

Görüşün sonunda K.Tahirov “Azərbaycan Milli Kitabxanası” fotoalbomu və Milli Kitabxana haqqında çəkilmiş filmi qonaqlara hədiyyə etmişdir. Urmiya İncəsənət İdarəsinin sədri Urmiya Aşıq Məktəbinin yetirmələrinin havalarından ibarət diski, dr. İbrahimi isə Mədəniyyət Mərkəzi tərəfindən nəşrə hazırlanmış Əsgər Şahinin Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi 3 cildlik kitabı Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişlər.