close
icon E-kataloq və kitabxana

İyun ayının 6-da saat 11.00-da Milli Kitabxanada treninqlərin açılış mərasimi və Azərbaycan Milli Kitabxanası ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq barədə Müqavilənin rəsmi imzalanma mər

06-06-2016

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə layihəsi əsasında iyun ayının 06-dan respublikanın şəhər və rayonlarından İxtisasartırma Mərkəzinə tədris keçmək üçün gələn kitabxana işçilərinin Milli Kitabxananın Treninq Mərkəzində kitabxananın trenerləri tərəfindən tədris olunan “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında il boyu mütəmadi olaraq davam edəcək treninqlərin açılış mərasimi olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq bu treninq işinə uğurlar arzalayaraq əhəmiyyətindən danışdı. O, öz çıxışında informasiyalı cəmiyyətdə informasiyanın hər şeyin önünə keçdiyini, artıq yeni informasiya almağın dövrün tələbinə çevrildiyini,  insanların yeni informasiya arxasınca getdiyini bildirdi. Belə bir cəmiyyətdə nəzəriyyənin təcrübə ilə vəhdət təşkil etməsinin labüdlüyündən danışaraq, kitabxanaçılıq elminin təcrübi elm olduğunu söylədi. bu işin davamı olaraq treninqlərin regionlarda keçiriləcəyini bildirdi.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov əvvəlcə mərkəzin artıq 50 ildir ki, fəaliyyət göstərdiyindən, hazırda 35 kateqoriya üzrə treninqlərin keçirildiyindən, 6 ildir səyyar tədrisin keçirildiyindən danışdı. İnnovasiyaların tətbiqinin zamanın tələbi olduğunu söyləyərək tədris və təlimdə istəyin də əsas rol oynadığını, inkişafın təlim və tədrisə bağlı olduğunu bildirdi.

Azərbaycan Milli Kitabxanası ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq barədə Müqavilə imzalandı və treninq öz işinə başladı.