close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

18-05-2023

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş miqyasda qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Muzeylər Günü”  adlı virtual sərgi hazırlanıb. Sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.