close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin və “Rauf Hacıyev: biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib

13-04-2023

 

Aprelin 13-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin və “Rauf Hacıyev: biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının musiqi irsimizin təbliğində gördüyü işlərdən bəhs edilib. Qeyd edilib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə həyata keçirilən ən önəmli layihələrdən biri olan “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihədir.  Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarların not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim edib. Azərbaycan musiqi ictimaiyyətinə kitabxana tərəfindən 100-dən artıq not məcmuəsi  təqdim edilib. Dahi bəstəkarlarımıza həsr olunan bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri, ali musiqi məktəblərinin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulduğu qeyd edilib.

Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkar Rauf Hacıyevin rəngarəng yaradıcılığndan, keçdiyi şərəfli sənət yolundan, Azərbaycan musiqisinin dünyada təbliğ olunmasında gördüyü işlərdən bəhs etdilər.

Milli Kitabxananın əməkdaşları Azərbaycanın görkəmli bəstəkarı və dövlət xadimi, SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyinə həsr edilmiş biblioqrafiya tərtib etmişdir. Biblioqrafiyada bəstəkarın əsərləri, not nəşrləri, səsyazmaları, kitabları, həyat və yaradıcılığı haqqında materiallar, habelə dünya milli kitabxanalarında mühafizə olunan nəşrlər öz əksini tapıb.

icon

Foto qalereya