close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

17-03-2023

Martın 17-də Milli Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbir zamanı qeyd edilib ki, Novruz xalqımız tərəfindən bayram kimi baharın gəlməsi münasibətilə geniş şəkildə qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı dörd həftə əvvəldən təntənəli şəkildə qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günü Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inancına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan xalq bayramı – Novruz”  adlı ənənəvi kitab sərgisi və  “Novruz bayramı” adlı Elektron məlumat bazası ilə tanış oldular.

Elektron məlumat bazası Novruz bayramı”, “Novruz beynəlxalq bayram”, “Novruz adətləri”, “Çərşənbələr”, “Oyunlar”, “Novruz deyimləri”, “Novruz falları”, “Novruz haqqında nəşrlər”, “Videoqalereya”, “Fotoqalereyabölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Novruz/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya