close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qara Qarayev” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

03-02-2023

Qara Qarayev musiqimizdə gələcəyə yeni yollar açan novator bəstəkar, XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. Onun özünəməxsus yaradıcılığı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınır.

Görkəmli bəstəkarın 105 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Qara Qarayev” adlı  Elektron məlumat bazası hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim edilib.

Elektron  məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığı,  həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Qara Qarayev haqqında, Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında, mükafatları, əsərləri, haqqında, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Q.Qarayev-100/index.html linkindən istifadə edə bilərlər.