close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

15-03-2023

Martın 14-də Xalq yazıçısı Anarın 85 yaşı tamam olub. Rəsul Rza və Nigar Rəfibəylinin oğlu olan yazıçı Anar bir çox gördüyü işlərlə və yazdığı əsərlərlə Azərbaycan tarixində görkəmli iz qoyub. O, Azərbaycanda tək yazıçı kimi yox, həm də senarist və tərcüməçi kimi tanınır.

 Anar “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb. “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri, “Dövlət mükafatı”,  Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un “Şərəf”, “Üzeyir Hacıbəyli” medalları ilə təltif edilib.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı Elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanlıb. Elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya