close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

31-05-2026

31 may 2026-cı il tarixində Milli Kitabxanada “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Ənənəvi kitab sərgisində uşaq ədəbiyyatı, nağıllar, ensiklopediyalar, uşaq hüquqları haqqında rəsmi sənədlər, uşaqların hüquq və azadlıqları, dövlət siyasətinin əsas prinsipləri, uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu, təhsili, uşaq və yeniyetmələrlə sosial iş, sosial təhlükəsizlik, uşaq ədəbiyyatı və s.  mövzuları əhatə edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm                             linkindən istifadə edə bilərlər.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün təkcə bayram deyil, həm də məsuliyyət günüdür. Bu günün mahiyyəti sadəcə uşaqlara hədiyyə verməkdən ibarət deyil, bu tarix bütün dünyaya çağırışdır. 

  İlk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə 1924-cü ildə qəbul edilib.

Bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir.

Dövlətimiz uşaq siyasəti ilə bağlı gördüyü işlərdə onların şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verir. Məktəblər, mədəniyyət və idman müəssisələri, yaradıcılıq mərkəzləri uşaqların inkişafı üçün geniş imkanlar yaradır. Uşaqların hüquqları və təhlükəsizliyi daim qorunur, zorakılıq və ayrı-seçkiliyə qarşı ciddi tədbirlər görülür.

 

 

icon

Foto qalereya