close
icon E-kataloq və kitabxana

Tariximiz

2020

Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur

Dekabr ayının 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirinin  birinci müavini, Nazir vəzifələrini icra edən Anar Kərimovun, digər rəhbər şəxslərin və ziyalıların iştirakı ilə Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur. Ulu öndər Heydər Əliyev mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanamızdan da yan keçməmişdir. 1995-1997-ci illərdə 4 dəfə bu elm məbədinə gələn və  hər gəlişi ilə bu kitabxanaya yeni bir abu-hava, müsbət dəyişikliklər gətirən Ulu öndər təsadüfi olaraq demirdi ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın  kitabı Milli Kitabxanaya bağışlamışdır.  Guşədə əsasən Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları (monitorlar vasitəsilə) nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub. Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.

 

 

 

 

2019

Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub.

2017

Kitabxanaya 23271 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

Milli Kitabxananın şöbələrinin fəaliyyətində son illər xeyli irəliləyişlər və yeniliklər baş vermişdir.  2005-ci ildən nəşriyyatlardan və poliqrafiya müəssisələrindən alınan məcburi nüsxələr əsasında Milli Kitabxananın Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab palatası) 15 illik fasilədən sonra “Birillik Azərbaycan kitabiyyatı”nın çapını bərpa edərək, respublikamızda dərc olunmuş kitabları əhatə edən bütün buraxılışları çap edilmişdir.  İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi beynəlxalq  kitab  mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.  Kitabxananın metodik fəaliyyətində də xeyli işlər görülmüşdür. 60-70-ci illərdə çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə qarşılanan “Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri bərpa olunmuşdur.

 

 

Azərbaycan Milli Kitabxanasının əməkdaşları beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda (www.impls.org) Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını mp-3 formatında yerləşdirmişlər. Burada Azərbaycanın Dövlət Himni, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi şedevrlərin həm notu, həm də səs yazısı, korifey ifaçılarımızdan ölməz Bülbülün, Xan Şuşinskinin, unudulmaz Rəşid Behbudovun, Lütfıyar İmanovun, Habil Əliyevin və digər görkəmli sənətkarlarımızın ifasında xalq mahnılarımızın və bəstəkar mahnılarımızın lent yazıları yerləşdirilmişdir.

 

 

 

2016

Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana tərəfindən “Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı birgə layihə həyata keçirilmişdir.

2008

Milli Kitabxanada oxuculara virtual kitab sifarişi imkanı da yaradılmışdır.

Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış və yaxud iş yerindən kitabxananın saytındakı “virtual xidmət” bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilər və dərhal ona həmin kitabın kitabxanada olub-olmaması barədə məlumat verilir, lazım gəldikdə onu sifariş edir və artıq oxucu kitabxanaya gələrkən kitab rəfdə onu gözləyir. Beləliklə, kitabı kataloqda axtarmaq və sifariş edib gözləməyə ehtiyac qalmır. Əgər oxucunun istədiyi kitab kitabxanada yoxdursa, vaxt itirib gəlməyə ehtiyac qalmır. Bu gün Milli Kitabxana respublikanın bütün kitabxanalarına, eləcə də bütün oxuculara və internet istifadəçilərinə virtual rejimdə metodik xidmət göstərir. Kitabxananın saytında “Metodik xidmət” və “Biblioqrafik sorğu” bölməsi yaradılmışdır. Ölkənin istənilən nöqtəsindən hər bir kitabxana işçisi, müxtəlif oxucular, istifadəçilər müxtəlif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə öz sorğularına cavab ala bilirlər.

 

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.  “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2017-ci ildə kitabxanaya 23271 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.  İl ərzində oxucuların sayı 152 069 nəfərə, kitabxanaya gələnlərin sayı isə 191 183 nəfərə çatmışdır. 

 

 

2004

Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

2003

Kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır.

Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.  Bu gün elə bir sahə tapılmaz ki, orada kompyuterlərdən, digər informasiya texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına Milli Kitabxanada bu işə 1999-cu ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmiş, 2001-ci ildə isə Tədris Mərkəzi yaradılmışdır.  2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Bura elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın yaradılması, bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir.

Ulu öndər Heydər Əliyev 20 noyabr 1997-ci ildə Milli Kitabxanaya sonuncu gəlişi zamanı Amerikada nəşr edilən “Azərbaycan İnterneyşl” jurnalının beş illiyinə həsr olunmuş mərasimdə iştirak etmişdir. Ümummilli Lider Milli Kitabxanamıza həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqətin nəticəsidir ki o, 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olmuşdur və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamışdır.

 

 

 

 

1997

Ümummilli Lider Heydər Əliyev Milli Kitabxanada “Azərbaycan İnterneyşl” jurnalının beş illiyinə həsr olunmuş mərasimdə iştirakı

1997

5 noyabr 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Milli Kitabxanaya gəlişi

Ulu Öndər Heydər Əliyev 5 noyabr 1997-ci ildə 3-cü dəfə Milli Kitabxanada olmuşdur. O, “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində iştirak etmişdir. 

 

 

 

 

 

1996-cı il martın 4-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab İsraildə nəşr olunmuşdur.  

 

 

 

 

 

 

1996

Ümummilli Lider Heydər Əliyev İsraildə çıxan “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimində iştirak edib

1995

Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” minatür kitabının təqdimat mərasimində

Ulu Öndər Heydər Əliyev 3 iyun 1995-ci ildə Milli Kitabxanada Vətənə, dövlətə, xalqa sədaqət andı” minatür kitabının təqdimat mərasimində olmuşdur.   Bu tədbirdə iştirakı zamanı Ulu Öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300-ə yaxın kitab və müqəddəs Məkkə ziyarətindən gətirdiyi “Qurani Kərim”-i hədiyyə etmişdir.  

 

 

 

   

 

1960‐cı ildə kitabxana yeni kilmiş binaya köçdü. Bakı şəhərinin ən gözəl yerlərindən birində yerləşən, milli or nament ‐ lərlə bəzədilmiş tarixi memarlıq abidəsi olan bu bina gorkəmli memar, akademik Mikayıl Hüseynov tərəfindən layihə lən diril mişdir. Binanın yerinin seçilməsində Xalq yazıçısı Süleyman Rəhimovun xü‐ susi rolu olmuşdur. Bu gün də biz öz sevimli şairlərimiz, rəs ‐ samlarımız, bəstəkarlarımız, alim və ziyalılarımızla, ədəbi qəhrə ‐ manlarımızla görüşmək üçün bu sehrli məbədə üz tuturuq.
1961‐ci ildən kitabxananın yeni binasında yaradılan əlverişli şə rait, təcrübəli və savadlı mütə xəs sislərin çalışması xalqımızın sosial‐iqsadi və intellektual potensialının güc ‐ lənməsi naminə daha səmərəli fəaliyyət göstərməsi üçün əsaslı zəmin yaratdı.

 

1960

Kitabxana yeni tikilmiş binaya köçdü.

1939

Kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi M.F.Axundovun adı verilmişdir.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi M.F.Axundovun adı verilmişdir. 
İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır. 
Hal-hazırda Milli Kitabxanada 24 şöbə fəaliyyət göstərir. Kitabxananın fondu 4 604 133 nüsxədir.  
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir. 

 

 

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet, kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər - onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq «Şərq haqqında jurnal materialları (1917-1927)», «1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı» adlı göstəricilər çap olunmuşdur.

 

 

1927

İlk biblioqrafik göstəricilər hazırlanmağa başlanmışdır.

1923

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.

Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. 
Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. 
Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 
13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.