close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Milli Mətbuat-145” adlı virtual sərgi təqdim olundu

22-07-2020

Virtual sərgidə Azərbaycan Milli mətbuatının inkişafına dair rəsmi sənədlər,M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab və məqalələrin elektron resursları toplanmışdır. Milli mətbuatımızın keçib gəldiyi tarixi yolu əks etdirən resurslar tam mətnləri ilə verilmişdir.                                                                                            
“Milli Mətbuat-145” sərgisi ilə http://anl.az/el/vsb/22_iyul/index.html linkiylə  tanış olmaq olar.