close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

02-02-2021

2 Fevral – Azərbaycan Gənclər Günüdür. Bu tarixin Gənclər Günü kimi seçilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən gənclərin birinci forumunda Heydər Əliyev gənclərimiz qarşısında tarixi bir vəzifə qoyaraq demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, mövzu haqqında kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.