21-05-2025
Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-də bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.
Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.
Sərgidə xalçalarla yanaşı, məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məmulatlar da yer alır.
Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir. Ətraflı: https://www.facebook.com/share/p/1KkBrTfkw2/