close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim edir.

25-06-2020

26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında  rəsmi sənədlər, Azərbaycan Respublikasının dövlət rəmzləri, ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı yorulmaz tarixi fəaliyyətindən, müstəqilliyimizin, dövlətçiliyimizin əsas təminatçısı olan Milli ordumuzun uğur və nailiyyətlərindən, onun tarixindən bəhs edən kitablar, Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş nəşrlər və Azərbaycan əsgərinə dair mahnı və şeirlər  təqdim olunur. “26 iyun Azərbaycanın Milli Ordu Günüdür” adlı Elektron məlumat bazasında yer alan resurslar tam mətnləri ilə təqdim olunur. Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Azerbaycan/index.html linkindən istifadə edə bilərlər.