close
icon E-kataloq və kitabxana

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin V və VI sinif şagirləri Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş kitab sərgisini ziyarət ediblər

20-02-2026

 

20 fevral 2026-cı il tarixində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinın V və VI sinif şagirdləri Milli Kitabxanada “21 Fevral – Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş kitab sərgisini ziyarət ediblər.

Şagirdlərə sərgidə nümayiş etdirilən kitablar, ana dilimizin tarixi inkişafını əks etdirən materiallar, beynəlxalq dillər barədə ətraflı məlumat verilib, dilimizin qorunması və zənginləşdirilməsinin əhəmiyyəti haqqında söhbətlər aparılıb.

Şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək, Ana dilimiz haqqında şeirlər səsləndiriblər. Onlara rəhbərlik edən mərkəzin metodisti Əmirova Afaq gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə və mütaliəyə marağının yüksəlməsinə töhfə verən bu addım üçün Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bilidirib.

 

icon

Foto qalereya