close
icon E-kataloq və kitabxana

Almaniyalı qonaqlar Milli Kitabxanada olub

03-06-2022

İyunun 3-də Almaniyadan gələn qonaqlar əslən İran Azərbaycanlısı Firişte Şahbazi və doktor İrine Şmidt Milli Kitabxanada olub. Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları qəbul edərək onları Azərbaycan Milli Kitabxanasında görməkdən şad olduğunu bildirib.

Direktor Azərbaycan Milli Kitabxanası – onun tarixi, fondu, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Söhbət zamanı qonaqlar da Milli Kitabxanada olmalarından məmnunluğunu ifadə ediblər. Qeyd ediblər ki, daima Azərbaycana gəlmək, onun təbiətini, mədəniyyət və tarixi abidələrini görmək arzusunda olublar. Bildirilib ki, burada olduqları müddətdə “Heydər Əliyev muzeyi”, “Nizami Gəncəvi muzeyi”, “Şəki Xan Sarayı” və digər yerlərlə tanışlıq onlarda böyük maraq oyadıb.

Görüş zamanı Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını və xüsusi “Bakı” suvenirini qonaqlara hədiyyə edib.

Sonda qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq Kitabxana” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.

icon

Foto qalereya