close
icon E-kataloq və kitabxana

Almaniyanın Fridrix-Aleksandr Universitetinin, Qazaxstanın Abay adına Qazaxstan Milli Pedaqoji Universitetinin nümayəndələri və ADPU-nun əməkdaşları Milli Kitabxanada ekskursiyada olublar

04-06-2023

İyunun 4-də Almaniyanın Fridrix-Aleksandr Universitetinin, Qazaxstanın Abay adına Qazaxstan Milli Pedaqoji Universitetinin nümayəndələri və ADPU-nun əməkdaşları  Milli Kitabxanada ekskursiyada olublar.

İlk öncə kitabxananın foyesində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş guşə ilə tanış olub, elektron kataloq və kitabxanada iş prosesini izləyiblər.

Qonaqlar kitabxananın sərgi zalında ilboyu davam edən və yenilənən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyətini əhatə edən müxtəlif dildə ədəbiyyatların “2023 – Heydər Əliyev ili”  başlıqlı daimi sərgi ilə tanış olublar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.

Qonaqlar Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulayıblar.

icon

Foto qalereya