close
icon E-kataloq və kitabxana

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Kitabxananın fondunda mühafizə edilən görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin ədəbi-bədii fəaliyyətini əks etdirən “Cəlil Məmmədquluzadə-150” adlı geniş kitab sə

26-12-2019

Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foyesində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən görkəmli dramaturqun ədəbi-bədii fəaliyyətini əks etdirən “Cəlil Məmmədquluzadə-150” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgidə dramaturqun əsərləri, haqqında yazılmış kitablar, xarici dillərdə dillərdə nəşr olunmuş əsərləri, “Molla Nəsrəddin” jurnalının nömrələri nümayiş olunmuşdur.

Sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.