close
icon E-kataloq və kitabxana

Azərbaycan Dövlət Flarmoniyasında Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə) anadan olmasının 90 illik yubiley tədbiri keçirilmişdir

20-10-2014

20 oktyabr 2014-cü il tarixində Azərbaycan Dövlət Flarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Respublika Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə) anadan olmasının 90 illik yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən “Hüseyn Arif-90” adlı kitab sərgisi açılmışdır. Sərgi dörd bölmədən ibarət idi: əsərləri, redaktə, tərtib və tərcümə etdiyi əsərlər, sözlərinə bəstələnmiş mahnılar və haqqında. Sərgidə xalq şairinin mətbuat səhifələrində çap olunmuş məqalələri də öz əksini tapmışdır. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.