close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında onlayn görüş

20-04-2023

Aprelin 20-də Azərbaycan Milli Kitabxanası ilə Uzaq Şərq Dövlət Elmi Kitabxanası arasında onlayn görüş keçirilib.

Görüş Uzaq Şərq Dövlət Elmi Kitabxanasının Xabarovsk “Azərbaycanlılar Birliyi” ictimai təşkilatının təşəbbüsü ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Гейдар Алиев – взгляд из России” (“Heydər Əliyev – Rusiyadan baxış”) kitabının təqdimat mərasimi ilə əlaqədar təşkil olunub. Qeyd edilib ki, kitab Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə nəşr edilib. Onlayn görüşdə kitabın müəllifləri K.Ç.Əkbərov və M.K. Çerynyakov da iştirak ediblər.

Onlayn görüş zamanı ümummili lider Heydər Əliyev haqqında sənədli film, ümummili liderin həyat yolu haqqında slayd, Baykal-Amur magistral xəttininin tikinisi zamanı çəkilmiş fotoları, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası iştirakçıların nəzərinə çatdırılıb.

Sonda Uzaq Şərq Dövlət Elmi Kitabxanasının rəhbərliyi Azərbaycan Milli Kitabxanasına Heydər Əliyev haqqında eləcə də Azərbaycan şairlərinin və yazıçılarının kitablarını göndərdiyinə görə təşəkkür edib.

icon

Foto qalereya