close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası metodik tövsiyyələrini onlayn rejimdə təqdim edir

06-04-2020

Hörmətli kitabxanaçılar! Bütün dünyanı cənginə alan koronavirus təhlükəsi Azərbaycanda da müəyyən çətinliklər yaratmışdır və hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bu gün hamı bu təhlükədən ən minimum zərərlə qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Cənab Prezidentimizin “Evdə qal, özünu qoru” çağırışına, habelə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Evim yeni iş yerim” layihəsinə qoşulan Milli Kitabxananın kollektivi də öz evlərini iş yerinə çevirərək onlayn rejimdə bütün xidmətlərini davam etdirməkdədir. Çoxlu sayda xidmətlərimizlə yanaşı, biz bu gün əməkdaşlarımızın hazırladıqları metodik tövsiyyələrin də onlayn rejimdə təqdimatına başlayırıq. İnanırıq ki, Milli Kitabxananın hazırladığı metodik tövsiyyələrin və vəsaitlərin onlayn rejimdə təqdimatı kitabxanaçılarımıza öz işlərində yaxından köməklik göstərəcəkdir. “Nəriman Nərimanov - 150” http://anl.az/down/N.Nerimanov-150.pdf  adlı ilk virtual metodik vəsaitimizi onlayn rejimdə kitabxanaçılara və oxucularımıza təqdim edirik.